AAMX Xidməti və Almaniya Səfirliyinin təşəbbüsü ilə alman dili müəllimliyi və almandilli ixtisaslar üçün təşkil olunmuş toplantı keçirildi

22.05.2026-cı il tarixində AAMX Xidməti və Almaniya Səfirliyinin təşəbbüsü ilə alman dili müəllimliyi və almandilli ixtisaslar üçün təşkil olunmuş toplantı keçirildi.

Səfirliyin sərgidə təqdim etdiyi eksponatlar posterlər-poliglot və Emil Pollun həyat və yaradıcılığını əks etdirən materiallar idi. Həmin eksponatlar universitetimizə hədiyyə olaraq gətirilmişdir. Eksponatlar alman və Azərbaycan dillərində olduğundan universitetimizin bütün müəllim-tələbə heyəti bunlardan yararlana bilər.

Almaniyada təhsil almış və yeni AAMX təqaüdü qazanmış tələbələr — Fuad Sarıyev, Jalə Qasımova və yeni təqaüd qazanan III kurs tələbəsi Elxan Bayramov təqdimatlarla çıxış etdilər. Həmçinin III kurs tələbəsi Əhmədov Rail “Gəncə bizim doğma diyarımız” adlı slayd təqdim etdi.

Görüş AAMX tərəfindən təşkil olunmuş “Təhsil və təhsil imkanları” mövzusunda fikir mübadiləsi ilə davam etdi. AAMX-nin təqaüd proqramları və təhsil imkanları barədə Liza Brandt tərəfindən ətraflı təqdimat keçirildi.

Sonda Alman dili müəllimliyi IV kurs tələbələrinin təşəbbüsü ilə qonaqlar məzun gecəsinə dəvət olundular. Tədbirdə fakültə dekanı prof. Yadigar Əliyev, kafedra müdiri Elvin Atakişiyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, fakültə və Alman dili kafedrasının müəllimləri fəal iştirak etdilər.

AAMX və Almaniya Səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş bu tədbir GDU-nun Alman dili kafedrasının b/m Vüsalə Kərimovanın kuratorluğu sayəsində uğurla başa çatdı.