21.05.2026-cı il tarixdə Çeçenistan Dövlət Pedaqoji İnstitutunun nümayəndələri Gəncə şəhərinə gəlmişdilər.
Çeçenistan Dövlət Pedaqoji İnstitutunun rektoru dosent İsmail Bayxanov, Elm və beynəlxalq məsələlər üzrə prorektor Tamara Avtayeva, rus dili kafedrasının müdiri Raisa Buralova Universitetimizin qonağı olmuşdular.
22.05.2026-cı il tarixdə Universitetimizdə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Kimyanın müasir çağırışları” mövzusunda keçirilən I beynəlxalq elmi konfransda iştirak etdilər.
Sonra nümayəndələr Filologiya və xarici dillər fakültəsinin Rus dili müəllimliyi ixtisasının tələbələri və kafedranın müəllimləri ilə maraqlı görüş keçirdilər.
Çeçenistan Dövlət Pedaqoji İnstitutunun rektoru dosent İsmail Bayxanovla Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalandı.






