Filologiya və xarici dillər fakültəsi Elmi Şurasının növbəti iclası

       21may 2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsi Elmi Şurasının növbəti iclası keçirilmiş, aşağıdakı məsələlər müzakirə edilmişdir.

1.2025-2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti

2.Açıq dərslərin və monitorinqlərin nəticələri haqqında

3.Metodik qrupun hesabatı

4.Carı məslələr

1.2025-2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Elmi Şura sədri f.e.d. Yadigar Əliyev məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Elm və təhsil nazirinin 21 aprel 2026-cı il tarixli və GDU PHŞ üzrə 27 aprel 2026-cı il 5/236 saylı əmrə görə 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası 01 iyun tarixdən başlamaqla 5 həftə müddətinə keçirilir. Filologiya və xarici dillər fakültəsində yaz imtahan sessiyasına hazırlıq başa çatmaq üzrədir. İmtahanlar, məlum olduğu kimi yazılı və test formalarında aparılacaqdır. Yazılı imtahan sənədləri (kod vərəqi, yekun qiymətləndirmə vərəqi, imtahan vərəqləri) hazırdır. Yazılı imtahanın biletləri kafedralar tərəfindən fakültə dekanlığına təqdim edilmiş və möhürlənmək üçün Tədris Departamentinə verilmişdir. İmtahan cədvəli 2-ci mərtəbədə məlumat lövhəsinə yerləşdirilmiş və cədvəlin  elektron variantı fakültənin saytına yüklənmişdir.

2.Açıq dərslərin və monitorinqlərin nəticələri haqqında elmi Şura sədrinin məlumatında qeyd edildi ki, kafedralarda əvvəlcədən hazırlanmış qrafikə uygu açıq dərslər keçirilmiş, kfedralarda müzakirələr aparılmışdır. Aprelin 22-də və 23-də müvafiq olaraq günorta və səhər saatlarında Gəncə Dövlət Universiteti üzrə yaradılmış dos. A. Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu tədrisin keyfiyyətinə nəzarət məqsədilə dərslərdə iştirak etmişdir. Monitorinq qrupu tərəfindən fənn proqramı, müəllimin sillabusu, mühazirə mətni (plan, ədəbiyyat siyahısı, elektron variant), seminar məşğələlərinin texniki təminatı, tələbələrin mühazirə mətni və ədəbiyyat ilə təminatı, dərslərin interaktiv aparılması, vaxtdan səmərəli istifadə olunması, texniki vasitələrdən (kompüter, proyektor və s.) istifadə edilməsi, tövsiyə olunan ədəbiyyatın nəşr ili, tələbələrin dərsdə fəallığı, dərsə davamiyyəti məsələlərinə diqqət yetirilmişdir.

3. Əvvəlki  Filologiya və Xarici dillər fakültəsində fəaliyyət göstərən metod Qrupların fəaliyyəti barədə Mehriban Məmmədova və Məleykə Aslanovanın  hesabatları dinlənilmişdir. Hər iki hesabatda Metodik qrupların fakültədəki nelmi-metodiki işlərin aparılması, keyfiyyətə nəzarət və normativ sənədlərin hazırlanması sahəsində görülən işlərdən danışılmışdır.

 Müzakirə olunan məslələr ətrafında çıxışlar dinlənilmiş və müvafiq qərarlar qəbul edilmişdir.