13.05.2026 – cı il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Gülnarə Nəsibovanın “Ənənəvi təhsil və online təhsil “adlı Conversation klub təşkil olundu.
Tələbələr ənənəvi təhsil və online təhsil arasında olan fərqlər üzərində fikir mübadiləsi apardılar.
Müzakirə Filologiya və Xarici Dillər fakültəsi tələbələri üçün təşkil olunmuşdur. Tələbələr “Ənənəvi təhsil və Onlayn təhsil “arasında olan fərqləri müzakirə edərək fikir mübadiləsi apardılar. Hər iki təhsil formasının həm üstün, həm də mənfi tərəfləri haqqında danışıldı. Onlayn dərslərin texnologiyadan istifadə bacarığını inkişaf etməsinə, ənənəvi təhsil sosial münasibətlərin formalaşmasına,bəzi tələbələrin ev şəraitində daha rahat öyrənə bilməsinə görə onlayn təhsilə üstünlük verilməsilə bağlı fikirlər bildirildi. Söhbət klubunda təhsilə dair slaydlar və video çarx təqdim olundu. Tələbələrə təqdim olunan videoda yeni sözlərə dair cümlələr quruldu və mövzuya dair sual cavablar verildi.Hər iki təhsilin həyatımızda olan əhəmiyyətindən geniş şəkildə danışıldı .Tələbələr arasında “Role playing”, “Agree and disagree “ oyunları təşkil olunmuşdu.
Müzakirədə Filologiya və Xarici Dillər fakültəsinin dekanı Yadigar müəllimdə iştirak etmişdir



