“Səyahət və Tətillər” mövzusunda açıq dərs

06.05.2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsində Leksika və Ölkəşünaslıq kafedrasının müəllimi Urqiyə Hacıyevanın 1-ci kurs Tərcümə ixtisasında tədris etdiyi “Tələffüz və Danışıq Bacarıqları” fənni üzrə “Səyahət və Tətillər” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərs bir neçə ardıcıl mərhələdən ibarət olmuş və hər mərhələ tələbələrin danışıq, dinləmə və tələffüz bacarıqlarının inkişafına yönəlmişdir.

Giriş mərhələsi dərsin ilk dəqiqələrindən etibarən tələbələri fəal iştirakа cəlb etdi. Müəllim dərsin mövzusunu və məqsədlərini tələbələrə təqdim etdi. Tələbələrə “Xaricdə olmusunuzmu?”, “Xəyal etdiyiniz tətil yeri harасıdır?” kimi suallar ünvanlandı. Bu suallar tələbələrin mövzu ilə bağlı ön biliklərini üzə çıxardı və dərsin sonrakı mərhələlərinə zəmin hazırladı.

Tələffüz mərhələsində əvvəlki dərsdə öyrənilmiş lüğət vahidləri təkrar olundu. Müəllim tələffüzü çətin olan səyahət mövzusuna aid sözləri — accommodation, itinerary, souvenir, brochure, excursion, breathtaking, unforgettable, cuisine, leisure, schedule — lövhəyə yazdı. Tələbələr növbə ilə lövhəyə çıxaraq həmin sözlərin Beynəlxalq Fonetik Əlifba (IPA) üzrə transkripsiyanı müstəqil şəkildə qeyd etdilər. Hər transkripsiyaın düzgünlüyü birlikdə müzakirə edildi. Müəllim sözləri əvvəlcə bütün sinifə, daha sonra ayrı-ayrı tələbələrə təkrar etdirdi. Bu fəaliyyət tələbələrin IPA biliklerini möhkəmləndirməklə yanaşı, sözlərin düzgün tələffüzünə diqqəti artırdı.

Oyun mərhələsində tələbələr “Kim milyonçu olmaq istər?” oyunu çərçivəsində iki komandaya bölündülər. Dünya ölkələri haqqında 16 sualdan ibarət olan bu yarışda hər komanda növbə ilə sualları cavablandırdı. Bu mərhələ tələbələrin ölkəşünaslıq biliklərini yoxlamaqla yanaşı, dinləmə bacarıqlarını da inkişaf etdirdi.

Növbəti mərhələdə müəllim qrup təqdimatlarına keçidin hazırlığı olaraq cümlə başlanğıclarını lövhədə nümayiş etdirdi: “I recommend…”, “Don’t miss…”, “It’s perfect for…”, “The best thing about… is…”, “You should definitely visit…” Müəllim özü qısa bir nümayiş çıxışı etdi — turizm agenti rolunda öz şəhərini tələbələrə təqdim etdi. Bu modelləşdirmə tələbələrə gözlənilən çıxışın strukturunu aydın şəkildə göstərdi.

Qrup təqdimatları mərhələsi dərsin əsas və ən həcmli hissəsini təşkil etdi. Hər qrup turizm agenti rolunda çıxış edərək öncədən tapşırıq kimi verilmiş ölkəni sinif yoldaşlarına təqdim etdi. Tələbələr çıxışları zamanı hədəf leksikadan, öyrəndikləri cümlə strukturlarından və inandırıcı nitq elementlərindən geniş istifadə etdilər. Hər təqdimatın sonunda dinləyən tələbələr turizm agentlərinə suallar verdilər. Bu fəaliyyət tələbələri hazırladıqları mətnin hüdudlarından kənara çıxaraq spontan danışığa yönəltdi.

Yekun mərhələsində müəllim növbəti dərsin mövzusuna — “Sağlamlıq və Rifah” mövzusuna qısa giriş etdi. Tələbələrə düşündürücü suallar ünvanlandı: “Artıq hansı tibbi lüğəti bilirsiniz?”, “İngilis dilində simptomu necə ifadə edərdiniz?” Bu kiçik giriş tələbələrdə növbəti dərslərə maraq oyatdı.

İnteraktiv və kommunikativ yanaşma əsasında qurulmuş açıq dərs müəllimin yüksək peşəkarlığı, yaradıcı dərs quruluşu və tələbələrin fəal, həvəsli iştirakı ilə seçildi. Dərsin hər mərhələsində tələbələr passiv dinləyici deyil, fəal iştirakçı kimi çıxış etdilər.