







30.04.26 -cı il tarixində, Alman dili kafedrasının baş müəllimi Nigar İbrahimovanın “alman dili müəllimliyi” ixtisası 1-ci kursda “Xarici dilin kommunikativ qrammatikası” fənnindən açıq dərsi olmuşdur. Dərsin mövzusu “Das Perfekt” idi. Tələbələr öyrəndikləri Perfekt (mürəkkəb zaman forması) zamanına aid test və tapşırıqlar işlədikdən sonra, dinlədikləri mətndə bu zamana aid felləri tapmaqda fəal iştirak etdilər. Evə verilən qrammatik çalışmalar yoxlanıldıqdan və buraxılan səhvlər izah edildikdən sonra müəllim tələbələrin biliyini elektron jurnalda qeyd etdi.