Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyevanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən açıq dərsi keçirilmişdir

1 may 2026-cı il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyevanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: sosial şəbəkə mətnləri, anons, bildiriş və s.” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə müəllim rəsmi və işgüzar sənədlərin dili, yazışmaların növləri, sənəd formaları, ərizə, əmr, akt, xasiyyətnamə, hesabat, etibarnamə, bildiriş, anons, reklam, CV və s. sənədlərin xüsusiyyətləri haqqında məlumat verdi. Həmçinin, bu sənədlərin mahiyyəti və məzmununa slayd vasitəsilə aydınlıq gətirdi. Keçilən mövzu fənn proqramına uyğun idi. Bundan başqa dərsdə tələbələrin aktivliyi də müşahidə olunurdu. Onların frontal sorğuda və ümumi müzakirələrdə fəal iştirakı bunu sübut edirdi