Fakültəmizdə “psixoloji məsləhət xidməti” haqqında tələbələrə məlumat verildi

Filologiya və Xarici Dillər fakültəsində tələbələrin psixoloji rifahının dəstəklənməsi və universitetdə fəaliyyət göstərən Psixoloji Məsləhət Xidmətinin imkanlarının tanıdılması məqsədilə maarifləndirici görüş keçirilmişdir. Görüş Psixologiya kafedrasının müəllimləri Hicran VerdiyevaSəbinə Şahverdiyeva tərəfindən aparılmış, tələbələrə psixoloji məsləhət xidmətinin fəaliyyət istiqamətləri, müraciət qaydaları və göstərilən dəstək imkanları haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə psixoloji sağlamlığın qorunmasının əhəmiyyəti, stressin idarə olunması, emosional rifah və fərdi psixoloji dəstək xidmətlərinin rolu barədə maarifləndirici söhbətlər aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Görüşün sonunda tələbələrə ehtiyac yarandıqda Psixoloji Məsləhət Xidmətinə müraciət etmələri tövsiyə edilmiş, xidmət zamanı məxfiliyin tam təmin olunduğu xüsusi vurğulanmışdır.