“XIX əsr İngilis ədəbiyyatı. Romantizm. C.G.Bayron və V.Vordsvord” mövzusunda açıq dərs

27.04.2026- cı il tarixində Filologiya və xarici dillər fakültəsində Leksika və  ölkəşünaslıq kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Türkan Zeynalovanın  II kurs tələbələri üçün tədris etdiyi “Xarici ölkə ədəbiyyatı” fənni üzrə “XIX əsr İngilis ədəbiyyatı. Romantizm. C.G.Bayron və V.Vordsvord” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə İngilis ədəbiyyatı, Romantik dövr müəllim tərəfindən slaydlar vasitəsilə izah olunaraq təqdim olundu. Tələbələr mövzu ilə tanış olub, sual cavab səklində biliklərini möhkəmləndirdilər.  Daha sonra  Romantik dövr şairlərindən C.Bayron və V.Vordsvordün həyat və yaradıcılığı ilə tanış olundu. Hər iki şairin yaradıcılığından nümunələr verildi.

Mövzu ilə bağlı tələbələrə dinləmə materialları təqdim olundu.

Interaktiv şəkildə təşkil olunmuş açıq dərs müəllimin hazırlığı, tələbələrin fəallığı ilə seçildi. Dərs prosesi iştirakçılar tərəfindən maraqlı qarşılandı və yüksək qiymətləndirilmişdir.