







28 aprel 2026-cı il tarixdə Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazovanın “Təhsil və tədqiqat innovasiyaları sahəsində yeni trendlər” mövzusunda Elmi seminarı uğurla reallaşdı. Olduqca aktual mövzudan bəhs edilən Elmi seminarda dosent Səba Namazovanın Təhsil və tədqiqat sahələrində innovasiyaların ən müxtəlif aspektləri, proyektə əsaslanan təhsil, onlayn və hibrid təhsil modelləri, təhsildə innovasiyaların faydaları, əlçatanlıq və inklüzivlik, təhsili formalaşdıran trendlər: süni intellekt, virtual reallıq haqqında geniş məzmunlu, dolğun, dərin elmi araşdırmalara söykənən fakt və mülahizələrlə zəngin nitqi auditoriya tərəfindən xüsusi diqqət və maraqla qarşılandı. Sonda mövzu ətrafında suallar səsləndirildi, fikir və mülahizələr söylənildi.
Elmi seminarda Filologiya və xarici dillər fakültəsinin dekanı, dos. Yadigar Əliyev, fakültənin elmi işlər üzrə dekan müavini, dos. (attestatsız) Mehriban Məmmədova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dos. Elnarə Abdullayeva, Alman dili kafedrasının müdiri, dos. Elvin Atakişiyev, Göygöl rayonu, Yeni Qızılca kənd tam orta məktəbinin direktoru Yeganə İsgəndərova, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının və digər ixtisas kafedralarının akademik və tədris-köməkçi heyətinin nümayəndələri, həmçinin tələbələr iştirak etdilər.