“Passiv və onun zaman formaları”; “Heyvanlar və ətraf mühit” mövzusunda açıq dərs

27 aprel 2026- cı il tarixində Filologiya və Xarici dillər Fakultəsinin Alman dili kafedrasının müəllimi Yusifli Arzunun alman dili müəllimliyi ixtisasının 1 ci kursunda Xarici dilin kommunikativ qrammatikası fənnindən açıq praktik məşğələ dərsi keçirilmışdir.
Açıq dərsin mövzusu “Passiv və onun zaman formaları” və “Heyvanlar” və “Ətraf mühit” mövzusunda mətnlər olmuşdur.
Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrdə Passiv və onun zaman formalarının düzgün qurulması və istifadəsi, passivin rəsmi və akademik dillərdə düzgün istifadə formasının öyrədilmasindən ibarətdir.Passiv real mətnlərdə geniş istifadə olunur.Tələbələr belə strukturları tanımağı öyrənərək mürəkkəb mətnləri daha yaxşı başa düşür.
Dərs girislə başlayıb mövzuya uyğun sorğu və çalışmalarla davam etdirildi.Bundan sonra tələbələr qruplara bölündü və Passivin zamanlarını seçilmiş mətnlərlə əlaqələndirərək tapşırıqlar həll etdilər.Dərsin gedişi hazırlanmış slaydla davam etdi.
Yekun olaraq tələbələrə növbəti dərs üçün ev tapşırığı verildi və tələbələrin bilik və bacarığı qiymətləndirildi.
Dərsdə fakultənin dekan müavini Məleykə Aslanova və Alman dili kafedrasınin müəllim və laborant heyəti iştirak etdilər.