27 aptel 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazovanın “Zəmanın yaratdığı 120 yaşlı “Molla Nəsrəddin”i yenidən vərəqləyək…” mövzusunda Ustad dərsi keçirildi. Mütəşəkkil keçən bugünkü Ustad dərsi və dosent Səba Namazovanın dolğun, məzmunlu, dərin elmi araşdırmalara söykənən fakt və mülahizələrlə zəngi nitqi geniş auditoriya tərəfindən maraqla qarşılandı. Səba Namazovanın Ustad dərsi GDU-nun nəzdində Regional Kollecdə reallaşan bu xüsusda ilk təşəbbüs kimi də təqdirəlayiqdir.
Ustad dərsində direktor Xoşqədəm Xuduyeva başda olmaqla Regional Kollecin rəhbərliyi, GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri, dos. Cabbar Qarayev, Filologiya və xarici dillər fakültəsinin dekanı, dos. Yadigar Əliyev, fakültənin elmi işlər üzrə dekan müavini, dos. (attestatsız) Mehriban Məmmədova, Qrammatika və ingilis diıinin tədrisi kafedrasının müdiri, dos, Elnarə Abdullayeva, Alman dili kafedrasının müdiri, dos. Elvin Atakişiyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının akademik və tədris-köməkçi heyətinin nümayəndələri, həmçinin Regional Kollecin müəllim və tələbə kollektivi iştirak etdilər.
Satirik-yumaristik “Molla Nəsrəddin” jurnalının 120 illiyində keçirilən Ustad dərsində səsləndirilən fikirlər, natiqin mövzuya yanaşma tərzi dinləyicilər tərədindən böyük maraq, diqqət və rəğbətlə qarşılandı.





