





Rus dili kafedrasının müəllimi Murquzova Lamiyə Nüsrət qızı tərəfindən Filologiya və Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi l kurs tələbələri üçün Наш город Ганджа. «Второе склонение существительных» mövzusunda XDİAK-1 (rus dili) fənni üzrə açıq dərs keçirilmişdir.
Dərsdə doğma Gəncə şəhərimizin əhəmiyyətli tarixi binalara hər iki qəhrəmanın gözləri ilə baxıldı. Çökək hamam, Şah Abbas məscidinin tarixindən danışılır. Şəhərin bəzi sahələrində hələdə böyük tikintilərin getdiyi və yeni yaşayış və əyləncə yerlərinin artdığı vurğulandı.
Sonra tələbələr mətni növbə ilə tərcümə etdilər, və lüğətdəki sözlərlə sadə və mürəkkəb cümlələr qurdular. Tələbələrin bəzi sözləri tərcümə etməsində çətinlik yaşayırdılar. Bunun səbəbi kimi hələ söz ehtiyatının kifayət qədər olmamağını göstərə bilərik. Dərs zamanı isimlərin tərcüməsi hansı cinsdə olması, hansı hallanma tipinə aid olması müəyyənləşdirilirdi.
Dərs zamanı müxtəlif nümunələr əsasında ismin “ikinci hallanma tipi” mövzusunda müəllim tərəfindən qayda, misal və s. geniş izah olunmuş, tələbələrin aktiv iştirakı təmin edilmişdir. Müasir təlim texnologiyalarından istifadə dərsin səmərəliyini artırmış və mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaradılmışdır.