17.04.2026-cı il tarixində Qrammatika və İngilis dilinin tədrisi kafedrasının baş müəllimi Sadiqova Gülər Füzuli qızının “Xarici dilin kommunikativ qrammatikası” fənnindən “Zərflik mənalı feli sifət cümlələri” mövzusunda açıq dərsi keçirilmişdir.
Dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dos. Y. Əliyev, kafedranın müdiri E. Abdullayeva, tədris işləri üzrə dekan müavini baş müəllim M. Aslanova, Praktik xarici dillər kafedrasının müdiri dos. Z. Əliyeva, Alman dili kafedrasının müdiri dos. E. Atakişiyev, proqram özünüqiymətləndirmə komissiyasının üzvləri, dərs müşahidələrinin aparılması üçün dəvət olunan akademik mütəxəssislər və kafedranın müəllimləri iştirak etmişlər.
Açıq dərsdən sonra komissiyanın üzvləri kafedranın baş müəllimi Türkan Səyyavuş qızı Ağayevanın dərsində də iştirak etmişlər.








