“Frazeologiya. Frazeologiyanın srtukturu, əmələgəlmə yolları. Frazeologizmlərin qrammatik səciyyəsi, təsnifi” mövzusunda açıq dərs

Azərbaycan dili kafedrasının baş müəllimi Filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova 20.04.2026-cı il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası II (qrup 3) kurs tələbələrinə Müasir Azərbaycan dili (Leksika) fənnindən açıq dərs (seminar) keçdi. Açıq dərsin mövzusu “Frazeologiya.Frazeologiyanın srtukturu, əmələgəlmə yolları. Frazeologizmlərin qrammatik səciyyəsi, təsnifi” idi.
Açıq dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya və xarici dillər fakültəsinin dekanı f.e.d. Yadigar Əliyev, b.m. Məleykə Aslanova və Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak edirdilər. Tələbələr məşğələ prosesində aktiv idilər. Onlar dilimizdə işlənən frazeoloji vahidlər, onların semantik xüsusiyyətləri, frazeologizmlərin sözdən və sərbəst söz birləşmələrindən fərqi, sözün məna ekvivalenti kimi çıxış edən frazeologizmlər, cümlə xarakterli frazeologizmlər, frazeologizmlərin çıxmənalılığı, omonimliyi, sinonimliyi, antonimliyi, alınma frazeologizmlər və s. haqqında geniş məlumat verdilər. Dil nümunələri müasir təlim texnologiyalarının köməyi ilə nümayiş etdirildi ki, bu da dərsin səmərəli keçməsinə, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı.