15 aprel 2026-cı il tarixində Filologiya və xarici dillər fakültəsində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ” I Türkoloji Qurultay və yüzillik elmi varislik ” adlı elmi-nəzəri konfrans keçirildi.
Konfransı giriş sözü ilə Universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açaraq I Türkoloji Qurultayın əhəmiyyətindən danışdı.









Çıxışlar:
1.I Türkoloji Qurultayda erməni manipulyasiyası
Mübariz Yusifov
Dövlət Dil Komissiyasının üzvü,
Azərbaycan dili kafedrasının
məsləhətçi professoru
2. I Türkoloji Qurultayda türk xalqlarının ədəbiyyatı məsələsi
Səba Namazova
Azəbaycan və dünya ədəbiyyatı
kafedrasının müdiri, dosent
3. I Türkoloji Qurultay: Türk xalqlarının mədəni intibahı və dilçilik tədqiqatlarının üfüqləri
Gülarə Məlikova
filologiya üzrə fəlsəfə doktoru, dosent
4. I Türkoloji Qurultayın müəllimlər üçün əhəmiyyəti
Aytən Əhmədova
filologiya üzrə fəlsəfə doktoru, dosent
5. Azərbaycan ədəbi dilində ingilis dili sözlərinin işlənmə tarixi
Türkan Cəlilova
Qrammatika və ingilis dili kafedrasının baş müəllimi
6. I Türkoloji Qurultayda orfoqrafiya məsələləri
Fatma Saralova
Azərbaycan dili kafedrasının baş müəllimi
7. I Türkoloji qurultayın çağırılması tarixi zərurət idi
Günel Məmmədova
Azərbaycan dili kafedrasının müəllimi
8. I Türkoloji Qurultay və terminologiya məsələləri
Təranə Əliyeva
Azərbaycan dili kafedrasının müəllimi
9. I Türkoloji Qurultayda əlifba məsələsi
Yadigar Əliyev
filologiya elmləri doktoru, dosent
Konfransın sonunda məruzələrin nəşr olunması qərara alındı.