Pedoqoji təcrübədə “Abilities” ( bacarıqlar) mövzusunda açıq dərs

M. C. Paşayev adına 39 saylı tam orta məktəbdə pedoqoji təcrübədə olan tələbələrin sınaq dərsləri davam edir. 14.04.2026-cı il tarixində ingilis dili müəllimliyi ixtisasının 4cü kurs tələbəsi Səbinə Səfərlinin açıq dərsi olmuşdur. Dərsin mövzusu “Abilities” ( bacarıqlar) idi. Şagirdlər öz bacarıqları haqqında məlumatlar verdilər. Təcrübəçi müəllimə qrammatik qaydanı izah etdikdən sonra şagirdlər qaydaya uyğun çalışmalar işlədilər.