“NİDA VƏ ƏMR CÜMLƏLƏRİ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLMİŞDİR

27 fevral 2026-cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Hacıyevanın I kurs tələbələri üçün tədris etdiyi “Xarici dilin kommunikativ qrammatikası-2” fənni üzrə “Nida və əmr cümlələri” mövzusunda açıq dərsi keçirilmişdir.

  Açıq dərs zamanı mövzu həm nəzəri, həm də praktik baxımdan geniş şəkildə şərh olunmuşdur. Nida və əmr cümlələrinin quruluş xüsusiyyətləri, qrammatik formaları, işlənmə məqamları və üslubi çalarları ətraflıizah edilmişdir. Xüsusilə əmr cümlələrində feilin əsas forması, inkar və təsdiq formaları, “let” konstruksiyası, eləcə də nida cümlələrində “what” və “how” ilə qurulan strukturlar nümunələr əsasında tələbələrə çatdırılmışdır.

 Dərs prosesində mövzu kommunikativ yanaşma əsasında tədris edilmiş, tələbələrin düzgün intonasiya və vurğu ilə danışıq bacarıqlarının formalaşdırılmasına diqqət yetirilmişdir. Müxtəlif praktik tapşırıqlar, dialoqlar və situasiya əsaslı çalışmalar vasitəsilə tələbələrin mövzunu mənimsəmə səviyyəsi yoxlanılmışdır.

  İnteraktiv formada təşkil olunan açıq dərs tələbələrin fəallığı ilə seçilmiş, sual-cavab və müzakirələr şəraitində keçirilmişdir. Dərs iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.