24 fevral 2026-cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində “Xocalı-unudulmayan faciə” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Humanitar məsələləri üzrə prorektor dosent Gülsüm Fətəliyeva açaraq “26 fevral- Xalqımızın qan yaddaşı” mövzusunda çıxış etdi. Sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Həmid Abbasov “Xocalı, biz qayıtdıq”, Praktik Xarici dillər kafedrasının müəllimi Elzanə Musayeva “Xocalı faciəsi haqqında gənc nəslin maarifləndirilməsi” mövzusunda məruzə etdilər.Tədbirin sonunda Filologiya fakültəsi I kurs, Xarici dil müəllimliyi ixtisasının I kurs tələbələri “Mən azad Xocalıyam” və “Yarım qalan həyatlar: Xocalı uşaqları” adlı bədii kompozisiya nümayiş etdirdilər. Sonda Filologiya I kurs və Xarici Dillər II kurs tələbələri “Xocalım, ay Xocalım” , “Unutmaram, Xocalım” adlı şeirlərlə çıxış etdilər.











“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”
Heydər Əliyev
Tədbirin proqramı
1. “26 fevral – Xalqımızın qan yaddaşı”
dos. Gülsüm Fətəliyeva Humanitar məsələləri üzrə prorektor
2. “Xocalı, biz qayıtdıq”
f.ü.f.d.Həmid Abbasov
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi
3. “Xocalı faciəsi haqqında gənc nəslin maarifləndirilməsi”
Elzanə Musayeva
Praktik Xarici dillər kafedrasının müəllimi
4. “Mən azad Xocalıyam” Bədii kompozisiya
Filologiya fakültəsi 1-ci kurs tələbələri
5. “Yarım qalan həyatlar: Xocalı şaqları”
Qasımova Aliyə, Əliyeva Günel
Xarici dil müəllimliyi ixtisasının
1-ci kurs tələbələri
6.“Xocalım, ay Xocalım”şeiri
Filologiya fakültəsi 1-ci kurs tələbələri
7. “Unutmaram, Xocalım” şeiri
Əliyeva Aytən
Xarici dil müəllimliyi 2-ci kurs tələbəsi