In their past (Onların keçmişində) adlı açıq dərs

10.04.2026-cı il tarixdə Filologiya  fakültəsinin Xarici dil müəllimyi(rus dili)  11 ixtisasında               b/m: Məmməd-zadə Natəvan Yusif qızının açıq dərsi oldu.

Dərsin giriş hissəsi tələbələrin diqqətini mövzuya cəlb etmək, motivasiya yaratmaq və keçmiş biliklərlə əlaqə qurmaq məqsədi daşıyır. Bu mərhələdə salamlaşma, dəvamiyyətin yoxlanması, dərsə hazırlıq, maraqlı suallar, beyin həmləsi və ya tədqiqat sualı verməklə, problem situasiyası qurmaqla dərsin məqsədi qeyd edilir və interaktiv təlim mühiti formalaşdırılır.

Dərsin  mərhələsində mövzunu təqdim edərək qarşılıqlı diskussiya şəklində mövzunu şərh edim və tələbələri aktiv fəaliyyətə hazırladım. Dərsin daha interaktiv şəkildə qurulması həm qrammatik, həmdə danışıq bacarığını əhatə edən materialın nəzəri və praktiki olaraq mənimsəməsinə kömək etdi.

Tələbələrdərs zamanı öyrəndikləri mövzunu praktik tapşırıqlar, sual-cavab, dinləmə-danışma, yazı, qrup işi və s. kimi üsullarla tətbiq etməyə çalışdılar. Tələbələrin mövzuya uyğun cümlələrin formalaşması və quruluşu haqqında məlumatlılığını artırmaq və tələbələrə danışıq üçün müvafiq cümlələrdən istifadə etmək şansı verdim. Materialın mənimsənilməsi məqsədilə oxu və yazı, eləcədə kommunikativ tapşırıqlar yerinə yetirildi.

Dərs zamanı mövzu ilə əlaqəli əlavə suallar verərək tələbələri danışmağa təşviq etdim.

Tələbələr eyni zamanda bir-birlərinin fikirlərini dinlədi, müzakirə etdi, mövzunun əhəmiyyətini daha yaxşı anladılar və sonda yaxşı cavab verən tələbələri qiymətləndirdim.

Dərsdə kafedra müdiri dos.Əliyeva Zahirə, dosent Məhərrəmova Suqurə, kafedranın əməkdaşı baş müəllim Bəşirova Aynur, müəllim Nuriyeva Aysel iştirak etdilər.