



10.04.2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi İsayeva Aytac İlqar qızı Gəncə şəhər Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbdə 5c sinfində Azərbaycan dili fənnindən “Zərf” mövzusu üzrə sınaq dərsi keçmişdir.
Dərs müasir təlim metodlarına əsaslanaraq fəal və interaktiv şəkildə təşkil olunmuş, şagirdlərin aktiv iştirakı təmin edilmişdir. Tədris prosesi kurikulumun tələblərinə uyğun qurulmuş, şagirdlərdə mövzuya maraq və anlayışın formalaşdırılmasına xüsusi diqqət yetirilmişdir.
✨ Gələcəyin müəllimi olaraq atılan bu addım peşəkar inkişaf yolunda mühüm təcrübədir.