“Sənin dünyan” mövzusunda açıq dərs

07.04.2026 –cı il tarixində Filologiya və Xarici dillər fakültəsində Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Aytən Məmmədovanın I kurs tələbələri üşün tədris etdiyi “Tərcüməçinin yazı vərdişləri” fənni üzrə “Sənin dünyan” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə insanların həyat tərzi ilə əalqəli lüğət slayd vasitəsilə tələbələrə təqdim olundu.Ondan əlavə “Səni günahkar hiss etdirən miflər” adlı mətn müzakirə olundu.Mətnlə bağlı tələbələr suallara cavab verdilər.Daha sonra isə mövzuyla bağlı iki tələbənin hazırladığı podkast təqdim olundu.

Tələbələr mətndən müəyyən hissələri hissəni nəql etdilər və  tapşırıqlar etdilər.məktubu

Dərsin ev tapşırığı bölümündə müəllimə qeyri-rəsmi məktubların yazılış qaydasını izah etdi və tələbələrin suallarını cavablandırdı.Tələbələr nümunə üçün nəzərdə tutulmuş məktubu oxuyub mətnlə tanış olduqdan sonra müəllimə ev tapşırığı olaraq qeyri-rəsmi məktub yazmağı  tələbələrə bildirdi.

İnteraktiv şəkildə təşkil olunmuş açıq dərs müəllimin hazırlığı, tələbələrin fəallığı ilə seçildi.Dərs prosesi iştirakçılar tərəfindən maraqla qarşılandl və yüksək qiymətləndirildi.