13.04.2026. Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə ingilis dili müəllimliyi ixtisasının 4cü kurs tələbəsi Vəliyeva Nərminin açıq dərsi təşkil edilmişdir. Dərsin mövzusu “A place called home” idi.
Dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dos. Yadigar Əliyev, təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev, qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos. Elnarə Abdullayeva, alman dili kafedrasının müdiri dos. Elvin Atakişiyev, baş müəllim Türkan Cəlilova iştirak etmişdilər.





