Azad həmkarlar ittifaqı komitəsinin fakültə üzrə sədri seçkisi keçirildi

10 aprel 2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsi həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı oldu. Hesabat-seçki yığıncağının gündəliyində aşağıdakı məsələlər var:

1.Filologiya fakültəsi həmkarlar ittifaqı təşkilatının iki illik hesabatı (Məruzəçi: təşkilatın sədri M. Məmmədova), Xarici dillər fakültəsi həmkarlar ittifaqı təşkilatının iki illik hesabatı (Məruzəçi: təşkilatın sədri dos. S.Əliyeva),

2.Yeni heyətin seçilməsi.

3.Filologiya və xarici dililər fakültəsi həmkarlar ittifaqı təşkilatı sədrinin seçkisi.

İclasın yekununda 9 nəfərdən ibarət yeni heyət təkil olundu və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aynur Novruzova sədr seçildi.