



Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində, Leksika və Ölkəşünaslıq kafedrasında Hüseynova Nəzrin Elsevər qızı tərəfindən açıq dərs keçirilmişdir.
Açıq dərsin mövzusu “504 Absolutely Essential Words: Terror in the Cemetery” olmuşdur.
Nəzrin müəllimə qeyd etmişdir ki, lüğət ehtiyatının zənginləşdirilməsi ingilis dilinin tədrisində əsas faktorlardan biridir. O vurğulamışdır ki, yeni sözlərin interaktiv metodlarla, xüsusilə “The Gothic Presentation” yaradıcı emalatxanası vasitəsilə öyrədilməsi tələbələrin həm yaddaşını, həm də dil bacarıqlarını inkişaf etdirir.
Dərs zamanı iştirakçılara “Terror in the Cemetery” mətni əsasında “corpse”, “sinister”, “peril” və “shriek” kimi yeni sözlərin linqvistik xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, bu sözlərin cümlə daxilində düzgün istifadəsi və onların fonetik tələffüz qaydaları izah olunmuşdur.
Nəzrin müəllimə həmçinin “The Detective’s Files” (Detektivin sənədləri) və “Gentleman or Knight?” kimi praktik tapşırıqların dərsin gedişatına necə tətbiq olunmasını nümayiş etdirmişdir. O qeyd etmişdir ki, bu cür metodlar tələbələrin analiz qabiliyyətini və situasiyaya uyğun söz seçimi bacarığını artırır.
Sonda Nəzrin müəllimə vurğulamışdır ki, “The Graveyard Live Report” kimi canlı performans tapşırıqları tələbələrin real vaxt rejimində dialoq qurmasına və öyrənilən sözlərin praktik tətbiqinə şərait yaradır.
Dərsin gedişində Kazımova Sevda Aqil qızı, Əliyeva Günel Mübariz qızı, Məmmədova Aytən Arif qızı, Rzayeva Mədinə Əliağa qızı, Haciyeva Yaqut Mübariz qızı, Nəsibova Gülnarə Şaməddin qızı və Adilova Sevinc Rasim qızı, eləcə də kafedranın digər əməkdaşları iştirak etmişlər.