



16 mart 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Aytən Arzulla qızı Əhmədovanın “İbtidai siniflərdə oxu problemləri. Ənənəvi və strategiyalı oxu” mövzusunda Elmi-nəzəri seminarı oldu. Müəllim ilk olaraq oxu problemindən danışdı. Sonra məruzəçi oxunun növlərini ( səsli və səssiz oxu) ənənəvi və strategiyalı oxunun fərqlərini, strategiya ilə oxuyan oxucu qruplarını izah etdi. Aytən Əhmədova məruzəsinin sonunda ” Bilirdim ki, gələcəksən” mətninin strategiyalı oxusunu təşkil etdi.