12.03.2016- cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Ağayevanın III kurs tələbələri üçün tədris etdiyi “Şifahi anlama” fənni üzrə “Xarakter xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə insan xarakterinə aid olan xüsusiyyətlərə aid sözlər müəllim tərəfindən slaydlar vasitəsilə təqdim olundu. Tələbələr sözlərlə tanış olub çalışmalar vasitəsilə daha da möhkəmləndirdilər. Daha sonra sözlərə uyğun sərbəst tapşırıqlar yerinə yetirdilər.
Mövzu ilə bağlı tələbələrə dinləmə materialları təqdim olundu. Daha sonra dialoqlar və qrup işləri vasitəsilə dərs daha da maraqlı və komminikativ şəkildə həyata keçirildi.
Qruplarla yarış tipli tapşırıqlardan sonra müəllim danışıq zamanı tələbələrin etdiyi səhvləri düzəltdi. Və günün qalibi müəyyən olundu.
Interaktiv şəkildə təşkil olunmuş açıq dərs müəllimin hazırlığı, tələbələrin fəallığı ilə seçildi. Dərs prosesi iştirakçılar tərəfindən maraqlı qarşılandl və yüksək qiymətləndirilmişdir.






