




13 mart 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın Filologiya ixtisası III kurs Fənn : Ümumi dilçilik, “Gənc qrammatiklərin dilçilik görüşləri. Moskva, Qazan dilçilik məktəbləri” mövzusunda açıq dərsi keçirildi.
Dərsin əvvəlində müəllim XIX əsrin sonlarında yaranmış olan “Gənc qrammatiklər cərəyanının yaranması inkişafı, nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumat verdi. Sonra bu cərəyanın poqramına daxil olan prinsiplərlə tələbələri tanış etdi.Qüsurlu məsələləri şərh etdi.Gənc qrammatiklər cərəyanının təsiri ilə yaranan Moskva və Qazan dilçilik məktəbinin nümayəndələri və onların linqvistik görüşləri ətraflı şəkildə izah edildi.
Dərs prosesində istifadə olunan slaydlar və müəllimin müxtəlif mənbələrdən topladığı materiallar, eyni zamanda prosesin diskusiya şəklində olması dərsin daha səmərəli keçməsinə şərait yaratdı.