elmi şura

GDU-nin Xarici dillər fakültəsinin

                                                                  18  aprel  2022-ci il (pr.№08) tarixli

                                                                  Elmi Şura iclasının protokolundan 

Ç I X A R I Ş

                                                              Elmi Şura üzvlərinin sayı: 19 nəfər

                                           İştirak edir: 17 nəfər

                                                                  Üzrlü səbəbdən iştirak etmir: 2 nəfər

GÜNDƏLİK MƏSƏLƏIƏR

  1. Kafedra müdiri  seçkisi.

EŞİDİLDİ:

      Fakültə dekanı dos. Ə. Əsgərov Rus dili kafedrasında   boş olan müdir yerini tutmaq üçün həmin kafedranın müdiri Kəmalə Qələndər qızı Əhmədovanın  ərizəsi və sənədləri ilə Elmi Şura üzvlərini tanış etdi.

ÇIXIŞLAR:

  1. Tədris işləri üzrə dekan müavini b/m. Məleykə Aslanova:

Kəmalə müəllimə 10 il əvvəl namizədliyini irəli sürdüyündə , hamı birmənalı qarşılamışdır. Çünki Elmira müəllimədən sonra çətin və məsuliyyətli bir iş idi. Hal hazırda tədris səviyyəsi, dərslərin təşkili, müəllimlərə nəzarət yüksək səviyyədədir. Bütün tapşırıqlar  yerində və operativ həyata keçirilir. Yenidən səsverməyə buraxılmasının tərəfdarıyam.

  • Fransız dili kafedrasının müdiri dos. Məhərrəm Orucov:

Məndə digər əməkdaşlar kimi Kəmalə müəllimənin yenidən kafedra müdiri seçilməsinin tərəfdarıyam. Hər kəs bilir ki, Kəmalə müəllimə işlərində necə məsuliyyətli, dəqiq və operativdir. Kollektivi və tələbələri  hər zaman istər bir müdir kimi, istərsə də müəllim kimi səmimi, mehriban bir insan olmağından danışır. Kəmalə müəllimənin gizli səsverməyə buraxılmasının tərəfdarıyam.

              Gizli səsvermənin nəticələrini nəzərə alaraq fakültə Elmi Şurası qərara alır.

QƏRAR

     1. Kəmalə Qələndər qızı Əhmədovanın  Rus dili  kafedrasında boş olan müdir  yerinə seçilsin.

         2.Qərarın təsdiqi  rektorluqdan xahiş edilsin.

         Qərar səsə qoyulur.

         Leyhinə -17, əleyhinə -yox, bitərəf- yox.

         Qərar qəbul olunur.

                                      İclasın sədri:                          dos.Ə.Əsgərov

                                      İclasın katibi:                          f.f.d. V.İsgəndərova

GDU-nin Xarici dillər fakültəsinin

                                                                  18  aprel  2022-ci il (pr.№08) tarixli

                                                                  Elmi Şura iclasının protokolundan 

Ç I X A R I Ş

                                                              Elmi Şura üzvlərinin sayı: 19 nəfər

                                           İştirak edir: 17 nəfər

                                                                  Üzrlü səbəbdən iştirak etmir: 2 nəfər

GÜNDƏLİK MƏSƏLƏIƏR

  1. Kafedra müdir seçkisi.

EŞİDİLDİ:

                        Fakültə dekanı dos. Ə. Əsgərov Alman dili kafedrasında   boş olan müdir yerini tutmaq üçün həmin kafedranın müdiri Elvin Mübariz oglu Atakişiyevin  ərizəsi və sənədləri ilə Elmi Şura üzvlərini tanış etdi.

ÇIXIŞLAR:

  1. Praktik xarici dillər kafedrasının müdiri dos. Zahirə Əliyeva:

Elvin müəllimin  insallığı, diqqətli olmağı hər kəs tərəfindən sevilir. Onun səmimi insan olmağı daima özünə hərmət qazandırı. Son illərdə öz elmi fəallığı ilə yüksək inkişaf göstərir . Hər cəhətdən kafedra müdiri seçilməyə laiqdir. Bu çətin  yolda sizə uğurlar arzu edirəm.

Elvin müəllimin gizli səsverməyə buraxılmasını təklif edirəm.

  • Leksika və ölkəşünaslıq kafedrasının müdiri dos. Sevda  Kazımova:

Mən Elvin müəllimi uzun illərdir ki tanıyıram. Inanıram ki, növbəti dəfə kafedra müdiri seçilməyi onun  elmi işlərində daha da irəliyə getməyinə stimul verəcəkdir.  Elvin müəllimin gizli səsverməyə buraxılmasını təklif edirəm.

              Gizli səsvermənin nəticələrini nəzərə alaraq fakültə Elmi Şurası qərara alır.

QƏRAR

    1. Elvin Mübariz oğlu Atakişiyevin  Alman dili  kafedrasında boş olan müdir  yerinə seçilsin.

         2.Qərarın təsdiqi  rektorluqdan xahiş edilsin.

Qərar səsə qoyulur.

Leyhinə -17, əleyhinə -yox, bitərəf- yox.

Qərar qəbul olunur.

                                      İclasın sədri:                          dos.Ə.Əsgərov

                                      İclasın katibi:                          f.f.d. V.İsgəndərova