“conversation club”a start verildi

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin tələbələri üçün “conversation club” təşkil olunub. Klubun məqsədi İngilis dilinin praktik tətbiqi tələbələrin asudə vaxtının səmərəli təşkili, danışıq kompetensiyalarının formalaşdırılmasıdır. Klubun fəaliyyətləri:

  1. Hər həftə müxtəlif maraqlı topiklər və interaktiv söhbətlərin təşkili.
  2. Tələbələrin sosial aktivliyi üçün rahat mühitin yaradılması.
  3. Klub üzvlərinin öz fikir və düşüncələrinin bir-birləri ilə mübadiləsi.