DAAD ilə əməkdaşlığımızın yeni uğuru

 Heydarova Leyla, Gəncə Dövlət Universitetinin Xarici dillər fakultəsinin Alman dili müəlliyi ixtisasının III  kurs tələbəsidir. Bu tədris ilinin noyabr ayında keçirilən DAAD imtahanında iştirak etmişdir  və imtahan cavabı müsbət gəlmişdir.  Leyla  İngolstadt universitetinin yay dil kursuna qəbul olub.

         Aydəniz Yusifli, Gəncə Dövlət Universitetinin Xarici dillər fakultəsinin Alman dili müəllimliyinim III kurs tələbəsidir. Keçən il keçirilən Almaniyada Könüllülük proqramı üzrə(FSJ) iştirak edib və Köln şəhərində 10 ay Alman-İtalyan uşaq baxçasında müəllimə kimi fəaliyyət göstərib.

Leyla:-  Mən çox qürurluyam ki, Alman dili istisasında mütəmadi keçirilən AAMX-yay dil kursu layihəsinin davamçısı oldum və təqaüd qazandım.

Aybəniz:-Qazandığım təcrübə mənim Almaniyadakı gələcək magistr təhsilim üçün böyük rol oynayır.

Bizim fikrimizcə, arzularınızın arxasınca gedin və uğurlarınıza nail olun. Bunun üçün universitetimizə və fakultəmizin bütün müəllimlərinə təşəkkür edirik.