“XIX əsr Qarabağ ədəbi mühiti (Poeziya)” monoqrafiyasının təqdimatı keçirildi

17 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universiteti PHS Filologiya və xarici dillər fakültəsinin təşkilatçılığı ilə universitetin V tədris binasında Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti (Poeziya)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev monoqrafiyanın elmi əhəmiyyətindən, XIX əsr Qarabağ ədəbi mühitinin zənginliyindən və Azərbaycan ədəbiyyatşünaslığına gətirdiyi yeniliklərdən bəhs edib.

Məruzəçilər – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının I tədris ilinin tələbələri XIX əsr Qarabağ poeziyasının əsas istiqamətləri, o cümlədən ədəbi məclislərin fəaliyyəti, epik və maarifçi-realist şeir nümunələri, eləcə də divan ədəbiyyatı və satirik poeziyanın xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.

Sonda monoqrafiyanın müəllifi, f.f.d. Zenfira Aslan çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirib, kitabın ərsəyə gəlmə prosesindən danışıb və tələbələrin suallarını cavablandırıb.