Tələbə danışıq klubunda Antuan de Sent-Ekzüperinin “ Kiçik Şahzadə” əsərinin sehrli dünyasına səyahət” mövzusu

Görüşdə Fransız dili müəllimliyi ixtisası ilə yanaşı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının fransız dili öyrənən 1ci kurs tələbələri də iştirak etdilər. Bu, fərqli ixtisaslardan olan tələbələrin bir araya gələrək ədəbi əsər ətrafında fikir mübadiləsi aparmasına, fransız dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə və əsərin əsas ideyalarını daha dərindən dərk etməsinə imkan yaratdı.

İnteraktiv oyunlar, yaradıcı tapşırıqlar və vizual materiallar vasitəsilə tələbələr fransız dilində danışıq bacarıqlarını inkişaf etdirmək , fikirlərini ifadə etmək və ədəbi biliklərini bölüşmək imkanı qazandılar.

Sonda təşkilatçı Yaqut Abbasovaya maraqlı təqdimatına və dəstəyinə görə təşəkkür edildi.