Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva fakültə fəalları ilə birlikdə Tələbə Evində oldular

Filologiya və xarici dillər fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva fakültə fəalları ilə birlikdə Tələbə Evində yaşayan qızlarımızın qonağı oldular. Təhsildən, təcrübə və təqaüd proqramlarından və tələbə mətbəxindən danışdılar, gələcək karyera planlarını müzakirə etdilər. Tələbə qızlarımızla şənbə görüşü çay süfrəsi arxasında maraqlı söhbətlərlə yadda qaldı.