“Semantic constraints in the neural translation of idiomatic expressions” mövzusunda elmi seminarı keçirilmişdir

13 noyabr 2026- cı il tarixində Praktik Xarici Dillər kafedrasının müəllimi Türkan Həsənovanın “Semantic constraints in the neural translation of idiomatic expressions” (İdiomatik ifadələrin neyron tərcüməsində semantik məhdudiyyətlər) mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda müasir neyron maşın tərcüməsi texnologiyalarının imkanları, idiomatik ifadələrin tərcüməsi zamanı meydana çıxan semantik, kontekstual və mədəni çətinliklər ətrafında müzakirələr aparılmışdır. Məruzədə transformator əsaslı tərcümə modellərinin fəaliyyəti, sözbəsöz tərcümənin yaratdığı məna itkiləri və idiomların düzgün tərcüməsində mədəni kontekstin əhəmiyyəti diqqətə çatdırılmışdır. Həmçinin neyron və simvolik yanaşmaların inteqrasiyası, süni intellekt texnologiyalarının tərcümə prosesində tətbiqi və insan tərcüməçilərin rolu məsələlərinə toxunulmuşdur. Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmış, müasir tərcümə texnologiyalarının perspektivləri müzakirə edilmişdir.