“Conversation” klub keçirildi

12.11.2026-cı il tarixdə Alman dili ixtisasında kafedranın baş müəllimi Vüsalə Kərimovanın təşkil etdiyi “Conversation” klub keçirildi. Kluba l,ll,lll kurs tələbələri cəlb olunmuşdur. Klubun işində hər dərsdə bir mövzu müzakirə olundu. İştirak edən bütün tələbələr aktivlik göstərirdilər. Tələbələr interaktiv şəkildə bir-birinə suallar verir və cavablandırırdilar. Bu klub tələbələrin bilik səviyyəsinin inkişafına kömək edir. Bu gün klubun işində fakültə dekanı Yadigar Əliyev, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev və kafedranın baş müəllimi Xanım Camalzadə və Ayşən Allahverdiyeva  iştirak etdilər.

Təşkilatçıya və tələbələrə təşəkkür edirik!