22 fevral 2017-ci il tarixində fakültəmizin professor müəllim, tədris- köməkçi heyyəti və tələbələri xalqımızın qan yaddaşı olan Xocalı Soyqırımında həlak olan şəhidlərimizi anmaq üçün tədbirə toplaşdılar. Tələbələrin, başda tyutor Aysel Nuriyeva olmaqla, hazırladıqları bədii kompozisyalı tədbiri giriş sözü ilə fakültə dekanı dosent Əjdər Əsgərov açdı. Tədbirdə iştirak edən humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbir iştirakçıları qarşısında çıxış etdi. Tələbələrin iştirakı ilə Xocalıya aid çıxışlar, səhnələr, şeirlər və mahnılar sesləndi. “Xocalını unutmayaq” çağırışıyla tədbir sona çatdı.