











06 may 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilmişdir.
Tədbir universitetin V tədris binasında baş tutmuş, açılış nitqində vurğulanmışdır ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu, milli ideyanın daşıyıcısı və xalqımızın birliyinin təminatçısı olmuşdur. Onun siyasi irsi bu gün də gənc nəslin dünyagörüşündə mühüm yer tutur.
Proqram çərçivəsində aşağıdakı məruzələr dinlənilmişdir:
dos. Gülsüm Fətəliyeva – “Heydər Əliyev və milli ideya”
dos. Yadigar Əliyev – “Adı böyük hərflərlə yazılan öndər”
dos. Gülarə Məlikova – “Gənc nəslin dil tərbiyəsində Heydər Əliyev amili”
dos. Aytən Əhmədova – “Ana dilinin böyük hamisi: Heydər Əliyev fenomeni”
Baş müəllim Günel Hüseynova – “Heydər Əliyevin Azərbaycanda təhsil siyasəti və onun inkişaf töhfələri”
Müəllim Aysel Mehdiyeva – “Heydər Əliyevin dövlətçilik və milli kimlik konsepsiyası”
Tədbirin bədii hissəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Günay Sadıqova “Heydər Əliyev” adlı şeiri ilə çıxış etmiş, Filologiya fakültəsinin I kurs tələbəsi Aylin Bayramova isə “Sən elə bir zirvəsən!” adlı mahnını ifa etmişdir.
Sonda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin ideyaları və irsi daim yaşayacaq, müstəqil Azərbaycanın inkişaf yolunda gənc nəslə işıq tutacaqdır.

