Azərbaycan Respubliksı Gəncə şəhəri Nigar Rəfibəyli adına 43 nömrəli orta məktəbin 8/3 sinfində 19.12.2016 tarixində Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin İngilis dili müəllimliyi ixtisası 4cü kurs tələbəsi Əsgərova Nuray Zahid qızının “ Təbiətdə tarazlığı qoruyaq “ mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə müasir dərs metodundan istifadə edilmişdir , şagirdlərə təbiət və canlılar haqqında , xüsusilə də onların mühafizəsi barədə fikir mübadiləsi imkanı verilmişdir. Şagirdlər dərs zamanı süpriz oyunla da mükafatlandırılmışdır.Həmçinin şagirdlərə İngilis dilində olan atalar sözlərinin Azərbaycan diindəki qarşılığı ilə müqayisə imkanı da yaradılmış və şərh edilmişdir.
Dərsin təhlili zamanı çatışmayan cəhətlər nəzərə çatdırıldı və dərs qənaətbəxş qəbul olundu .
Açıq dərsdə iştirak etdilər : Praktika və İşlə təmin emə şöbəsinin müdiri M.Məmmədov,
Praktika və İşlə təmin etmə şöbə müdiri müavini C.Qarayev , sinfin ingilis dili müəlliməsi Z.İsgəndərova , məktəbin ingilis dili müəlliməsi R. Hüseynova , və pedaqoji təcrübədə olan 4cü kurs tələbələri .