Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova Gəncə şəhər 31 saylı orta məktəbdə “Mənim Bakım” mövzusunda ustad dərsi keçib

Filologiya və Xarici dillər fakültəsinin Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova Gəncə şəhər 31 saylı orta məktəbdə “Mənim Bakım” mövzusunda ustad dərsi keçib.

Dərsdə  universitetin Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Alman dili kaferdasının müdiri Elvin Atakişiyev, kafedranın müəllimi Arzu Yusifli, təcrübəçi tələbələr, orta məktəbin direktoru  İftixar Abdıyev və müəllimlər iştirak ediblər.

Dərsin giriş hissəsində universitet-məktəb əməkdaşlığının əhəmiyyətindən, şagirdlərin ali təhsil mühitinə hazırlanmasının vacibliyindən və bu kimi görüşlərin maarifləndirici rolundan bəhs olunub.

Daha sonra Məruzəçi Vüsalə Kərimova mövzu ilə bağlı alman dilində ətraflı məlumat verib və dərs iştirakçılarının suallarını cavablandırıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti