ABŞ-da Akademik Fəaliyyət: Tədqiqat, Tədris və Peşəkar İnkişaf mövzusunda təcrübə paylaşım xarakterli görüş

Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Urqiyyə Hacıyeva “ABŞ-da Akademik Fəaliyyət: Tədqiqat, Tədris və Peşəkar İnkişaf” mövzusunda təcrübə paylaşım xarakterli görüş keçirdi.

Aprel ayının 14-də Gəncə Dövlət Universitetinin 5-ci korpusunda “ABŞ-da Akademik Fəaliyyət: Tədqiqat, Tədris və Peşəkar İnkişaf” mövzusunda açıq mühazirə keçirilmişdir. Tədbirdə universitetin professor-müllim heyəti   iştirak etmişdir.

Mühazirəni GDU Xarici Dillər fakültəsinin müəllimi  Urqiyə Hacıyeva təqdim etmişdir.

Proqram haqqında

Urqiyə Hacıyeva   ABŞ-ın Vaşinqton şəhərində yerleşan American University-də Fulbright Fakultə İnkişafı Proqramı çərçivəsində tədqiqat və tədris fealiyyəti ilə məşğul olmuşdur. Proqram müddətində o, tədqiqat fəaliyyəti, tədris təcrübəsi, beynəlxalq konfranslarda iştirak və peşəkar inkişaf sahəsində bir sıra nailiyyətlər əldə etmişdir.

Tədqiqat işi

Proqram dövründə Urgiya Hacıyeva “Bridging the Academic Writing Gap: A Context-Responsive Syllabus Design for Azerbaijani EFL Students” adlı elmi tədqiqat işi hazırlamışdır. Tədqiqat Azərbaycan ali təhsil müssəsisələrinin tələbələrinin akademik yazı sahəsindəki çatışmazlıqlarını araşdırmış, həmin çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş iki ardıcıl kurs sillabusu işlənib hazırlanmışdır.

Kurs sillabuslari

Proqram çərçivəsində hazırlanmış iki sillabusdan birincisi — “Introduction to Academic Writing” — B1 dil səviyyəsindeki tələbələr üçün nəzərdə tutulmuşdur və əsas yazı bacarıqlarını əhatə edir. İkinci sillabusda — “Academic Writing” — tədqiqat əsaslı yazı, mənbə inteqrasyası və APA sitat sisteminin mənimənilməsi hədəflənmişdir. Hər iki sillabusun tətbiqi Azərbaycan universitetlərinin müvafiq kurslarına töhfə vermək məqsədi daşıyır.

Beynəlxalq konfranslarda iştirak

Proqram müddətində Urgiya Hacıyeva iki beynəlxalq tədbirə qatılmışdır: ABŞ-da keçirilən İllik TESOL Konfransı — dil tədrisinin dünyada ən böyük peşəkar konfransı — və Süni İntellekt və Təhsil Konfransı. Hər iki konfrans dil tədrisi və təhsildə texnologiyanın inteqrasyası sahəsindəki müasır trendləri əhatə etmişdir.

Mədəni fəaliyyət

Proqram dövründə Urgiya Hacıyeva Novruz Çərşənbəsinə təsadüf edən bir Azərbaycan gecəsi təşkil etmişdir. Tədbirə qatılan beynəlxalq iştirakçılara Azərbaycan milli musiqisi, şirniyyatları və mətbəxi haqqında məlumat verilmişdir.

Doktorantura qəbulları

ABŞ-da olduğu müddətdə bir neçə universitetin doktorantura proqramına müraciyət edən Urgiya Hacıyeva aşağıdakı universitetlərdən qəbul məktubu almışdır:

  • George Washington University — Təhsil üzrə fəlsəfə doktoru (PhD), Kurikulum və Tədris ixtisası;
  • University of Maryland, Baltimore County (UMBC) — Dil, Savadlılıq və Mədəniyyət üzrə fəlsəfə doktoru (PhD) 

Tədbirin yekunları

Tədbir sual-cavab sessiyası ilə tamamlanmışdır. İştirakçılar doktoranturaya müraciyət prosesi, hazırlanmış sillabuslarin tətbiqi imkanları və beynəlxalq akademik mübadilə proqramları ilə bağlı suallar vermişlər.