9 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində Universitet və Fakültə Elmi Şuralarına üzv seçmək üçün fakültənin professor-müəllim heyətinin iştirakı ilə genişləndirilmiş iclas keçirildi. İclas Universitetin Humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyevanın sədrliyi və Elmi katib dos. Seymur Meşaik iştirakı ilə keçirildi. Gülsüm müəllimə iclası açıq elan etdi. Əvvəlcə söz Seymur müəllimə verildi və o seçkilərin keçirilməsi üçün yeni qaydaları oxuyaraq izah etdi.
Sonra kafedralar üzrə namizədləri seçilərək gizlin səsverməyə buraxıldılar. Namizədlərə uğurlar arzulayırıq.



