
Gəncə Dövlət UniversitetininXarici dillər fakültəsinin əməkdaşı, rus dili kafedrasının müəllimi Qafarova Gülnar Abülfəz qızı , “Qələbə. Bu, sizin və şagirdləriniz üçün nə deməkdir?” mövzusunda keçirilən XXV Beynəlxalq Puşkin Müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqə Rusiya Federasiyasının Moskva şəhərinin Hökuməti və “Rossiyskaya qazeta” tərəfindən təşkil olunmuşdur. Bu il müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə müəllim qatılmış, onlardan yalnız 25 nəfər yüksək dəyərləndirilərək laureat adına layiq görülmüşdür. Sevindirici haldır ki, həmin qaliblərdən biri məhz universitetimizin nümayəndəsidir.
Qaliblər 3–7 sentyabr 2025-ci il tarixlərində Moskva şəhərində keçiriləcək xüsusi mədəni proqramda və 6 sentyabrda baş tutacaq təntənəli mükafatlandırma mərasimində iştirak edəcəklər. Tədbirlə bağlı bütün xərclər Moskva şəhəri Hökuməti tərəfindən qarşılanacaq.
Bu qələbə həm də universitetimizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.
Moskvada rus dili müəllimlərinin 25-ci Beynəlxalq Puşkin müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqənin təşkilatçıları “Rossiyskaya qazeta”nın redaksiya heyəti, Puşkin İnstitutu və Moskvanın Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti idi.
Müsabiqədə bir çox ölkələrdən rus dili müəllimləri iştirak ediblər. Müsabiqədə iştirak etmək üçün yaradıcı esse yazmaq lazım idi. Bu il 28 ölkədən 500-ə yaxın əsər qəbul edilib.
Puşkin müsabiqəsinin münsiflər heyəti 50 laureatı seçib. Müsabiqədə Azərbaycanı qaliblər sırasında olan 160 nömrəli Bakı Klassik Gimnaziyasının rus dili müəllimləri Zarema Maqomedova və Gəncə Dövlət UniversitetininXarici dillər fakültəsinin əməkdaşı, rus dili kafedrasının müəllimi Gülnar Qafarova təmsil ediblər.
Müsabiqənin qalibləri sentyabrın əvvəlində Moskvaya qala-mükafatlandırma mərasiminə gəlmək üçün dəvət alacaqlar, burada onlara diplomlar və pul mükafatları təqdim olunacaq.