Universitein xarici əlaqələri genişlənir

 

Alman qonaqları Universitetimizdə

         23 Noyabr 2016 –cı il tarixdə Almaniya Səfirliyinin elm, təhsil və mədəniyyət üzrə şöbəsinin nümayəndəsi Cəmilə Ağababayeva və Höte İnstitutunun metodisti Eike Pockvandt Universitetimizdə, o cümlədən fakültəmizdə olmuşlar. Səfərdə məqsəd Alman dili kafedrasının professor – müəllim heyyəti və ölkəmizin Qərb və Şəki – Zaqatala zonalarında işləyən alman dilli müəllimləri üçün mühazirə və seminarların təşkili layihəsinə hazırlıq olmuşdur.

Xarici dillər fakültəsində Alman dili kafedrasının professor – müəllim, alman dilində təhsil alan tələbələrlə Alman nümayəndələrin görüşü çox məhsuldar keçmişdir. Qonaqlar müəllim və tələbələrə yeni metodlarla dərsin təşkili, yeni dərslik və metodik vəsaitlər haqqında təqdimat etmişlər.

Fakültənin dekanı dosent Əjdər Əsgərov və Alman dili kafedrasının müdiri baş müəllim Elvin Atakişiyev qonaqlara Universitet, Fakültə və Alman dili kafedrası haqqında ətraflı məlumat vermişlər.

 

Alman qonaqları şəhərimizin 32 saylı məktəbində 9-cu sinif şagirdlərinin alman dili dərsində olmuş və dərsin gedişindən məmnun qalmışlar. Qonaqlar məktəbin Alman dili müəlliminə , eləcə də, Alman dili kafedrasına yeni dərsliklər və metodiki vəsaitlər təqdim etmişlər.

Görüşün sonunda Alman dili kafedrasının müəllimləri, şəhərimizin və ətraf rayonların alman dili müəllimləri üçün qonaqlar yeni metodiki üsullar haqqında və başqa birgə layihələr haqqında təqdimat keçirmişlər.