Fəal tələbələrimiz

Verdiyeva Səma Əli qızı, Göygöl rayonunda anadan olub. Göygöl rayonun Texniki Təbiət fənləri üzrə təmayüllü liseyin məzunu olmuşdur. Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə (İngilis dili müəllimliyi)  617 balla daxil olub. Bu seçiminden olduqca məmnun olduğunu bildirir. Hal hazırada Universitetimizi yüksək balla (8,9) oxuyan tələbələrindəndir. DS təqaüdü alır.

Əsgərova Ülkər Əlövsət qızı Gəncə şəhərində anadan olub. Gəncə şəhəri N.A.Nekrasov adına 19 saylı tam orta məktəbin məzunu olub. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə (İngilis dili müəllimliyi)    645 balla daxil olub. Hal hazırda II kurs tələbəsidir, DS təqaüdü alır.

Fərzəliyeva Nübar Vüqar qızı Rusiya Federasiyasının Yevsk şəhərində anadan olmuşdur. Gəncə şəhəri C.Cabbarlı  adına 6 saylı tam orta məktəbin məzunu olub. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə (İngilis dili müəllimliyi)    607 balla daxil olub. Hal hazırda II kurs tələbəsidir, “Nizami Gəncəvi” adına təqaüd alır.