Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intelektual bilik yarışı keçirildi

19.04.2024-cü il tarixdə Fakultəmizdə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intelektual bilik yarışı keçirildi. Tələbələr 4 mövzunu – tarixi şəxsiyyət Heydər Əliyev, Dünyagörüşü, Atalar sözləri, Filmlər və musiqilər- əhatə edən sualları cavablandırdılar. Gərgin mübarizədən sonra Xarici dil müəllimliyi ixtisasının I kurs tələbələrinin “Nova” komandası I yerə layiq görüldü. Tərcümə ixtisasının II kurs tələbələrinin “Starways” komandası II yerə, Xarici dil müəllimliyi I kurs tələbələrinin “Nyutonun tələbələri” komandası isə III yerə çıxdı.

Tədbir planı

Tədbir: Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intelektual bilik yarışı

Təşkilatçılar: Gəncı Dövlət Universitetinin Xarici dillər fakültəsi dekanı, TEC, THT və TGT sədrləri

Məkan: Gəncə Dövlət Uviversitetinin V tədris binasının kitabxanası

Tarix: 19.04.2024

Münsiflər: Əsgərov Əjdər, Aslanova Məleykə, Babayeva Arzu , Cəlilova Türkan, Abdullayeva Elnarə

Aparıcılar: Abbasov İsrafil, Məmmədova Dəniz