25 Oktyabr – Qubadlı şəhəri günü bizə tarixi Zəfərimizin dəyərini, milli birliyimizin gücünü və müstəqil Azərbaycan dövlətinin qüdrətini xatırladır. Bu gün həm də gələcək nəsillərə Vətən sevgisi, torpağa bağlılıq və milli məsuliyyət hissinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır. 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın qəhrəmanlığını, dövlətimizin gücünü və tarixi ədalətin bərpasını təcəssüm etdirir. Bu əlamətdar gün 2020-ci ildə Qubadlı şəhərinin və rayonun bir hissəsinin işğaldan azad edilməsi ilə yadda qalmışdır. Oktyabrın 25-də başlayan bu tarixi qələbə Azərbaycan Ordusunun rəşadətini, əsgər və zabitlərimizin Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Əminliklə demək olar ki, Qubadlı yenidən qurulacaq, öz əvvəlki gözəlliyinə qovuşacaq və sakinlərinin sevincli günlərinə şahidlik edəcəkdir. Bu torpaqlarda həyatın bərpası Azərbaycanın hərbi Zəfərinin quruculuq və inkişaf mərhələsi ilə tamamlanmasının parlaq nümunəsi olacaqdır.
Qubadlı şəhəri günü mübarək olsun! Yaşasın müstəqil Azərbaycan, yaşasın qalib Azərbaycan xalqı!