“Ardıcıl tərcümədə qeydlər aparma texnikalarının rolu və əhəmiyyəti”  mövzusunda elmi-metodiki seminar keçirildi.

03.12.2025-ci il tarixdə Xarici Dillər Fakültəsinin Leksika və Ölkəşunaslıq kafedrasının baş müəllimi Rzayeva Mədinə Əliağa qızının  “Ardıcıl tərcümədə qeydlər aparma texnikalarının rolu və əhəmiyyəti”  mövzusunda elmi-metodiki seminar keçirildi.

Seminarın əsas məqsədi ingilis dilində ardıcıl tərcümədə nitqin müəyyən hissəsini dinləyib yadda saxlamaq, sonra isə fasilə zamanı onu hədəf dildə təqdim etmək prosesi idi. Məruzəçı bu barədə məlumat verdi və bu mövzuda nəzəri və praktik baxımdan geniş şəkildə şərh etdi.

Seminar muddətində Rzayeva Mədinə Əliağa qızı hazırladığı slaydlar vasitəsilə qeydlər aparma sistemində simvollardan geniş istifadə olunduğunu, onların daha sürətli yazıldığını və universal mənaya malik olduğunu qeyd etdi.

Seminarın sonunda mövzu ilə bağlı sual-cavab təşkil olundu, metodik yeniliklər və tədbiq oluna biləcək yeni modelləri müzakirə olundu.