Fakültəmizdə “Almaniyanın müstəqillik günü” qeyd olundu.

03.10. 2016-cı il tarixdə Alman dili ixtisasının tələbələri Almaniyanın birləşmə gününü hər il olduğu kimi, bu il də böyük təntənə ilə qeyd etdilər. Tədbirdə ixtisasın bütün kursları müxtəlif proqramlarla çıxış etdilər. Tələbələr bu günə xüsusi  bir proqramla hazırlaşmışdılar.

Bundan əlavə tədbirdə Almaniyanın tarixi, təhsili, mədəniyyəti haqqında qısa məlumat verildi və slaydlar şəklində təqdim olundu. Dünyada AAMX – təşkilatının imkanlarından, bizim Alman səfirliyi və Höte İnstitutu ilə sıx əlaqələrimizdən söhbət açıldı.

DAAD təşkilatının vasitəsi ilə Almaniyada artıq 6 ildir ki, tələbələr yay kurslarına təqaüd qazanır və Almaniyanın müxtəlif  universitetlərındə iştirak edirlər. Buna misal olaraq Müzəffərli Ehtiramın qazandığı yay təqaüdünü misal göstərmək olar. Almaniyanın birləşmə gününü alman dili kafedrasının müdiri b/m E.Atakişiyevin böyük qayğısı və səyi nəticəsində ərsəyə gəlmişdir. Tədbir b/m O.Müslümova, b/mV.Kərimova, müəl. M.Yadigarova və III kurs tələbələri tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur.

 

  • ?