VI Beynəlxalq konfrans (Rus dili üzrə)

            Rus dili üzrə VI Beynəlxalq konfransın  nəticələri

                               14 iyun 2024-cü ildə

            Bu il aprel ayında “MDB dövlətlərində Rus dili- Yeni üfüqlər”  adlı VI Beynəlxalq müsabiqə öz işinə başladı. Müsabiqə iki turdan ibarət idi və burada Azərbaycanın, Qazaxstanın, Kırqızıstanın, Tacikistanın və Özbəkistanın rus dilli müəllimləri iştirak etmişdir.  166 namizəddən 86 iştirakçı I turun qalibləri oldu. Bunlardan Gəncə Dövlət Universitetinin Rus dili kafedrasının 4 (dörd) əməkdaşı  qaliblər sırasına daxil olaraq diplom ilə mükafatlandırılmışlar:  dosent Əliyeva Sevda Cəlal qızı, dosent Bağırova Sevinc Nadir qızı, dosent Əsgərov Əjdər Əsgər oğlu, müəllim Qafarova Gülnar Əbülfəz qızı.

         İkinci turda 86 namizəd yarışmışdır. “Şeirdə gözəl hisslər yaradıram…” adlı videoçarxı ilə müsabiqəyə qoşulmuşlar. 20 nəfər  müsabiqəçi finala çıxmışdır. Hər respublikadan cəmi 4 nəfər qalib olmuşdur. Azərbaycan respublikasının qalibi GDU-nun dosenti Əliyeva Sevda Cəlal qızı qaliblər sırasındadır. Qaliblərə mükafat olaraq avqust ayında Sankt-Peterburq şəhərinə səyahət gözləyir. Burada qalibləri Russiyanın aparıcı mütəxəssisləri tərəfindən hazırlanmış mədəni proqram və peşəyönümlü inkişaf etdirməyə yardımçı təlimlər gözləyir.